KİV-in gələn həftə mümkün atəşkəslə bağlı xəbərlərinə baxmayaraq, İsrail rejiminin Qəzzənin müxtəlif bölgələrinə genişmiqyaslı hava və artilleriya hücumları nəticəsində onlarla insan ölüb və yaralanıb.
Verilən məlumata əsasən, beynəlxalq vasitəçilər Qəzzə zolağında atəşkəs yaratmağa çalışarkən və HƏMAS buna yaşıl işıq yandırsa da, İsrail rejiminin hücumları davam edir, nəticədə çoxlu sayda şəhid və yaralılar var.
Fələstin İnformasiya Mərkəzinin şənbə günü verdiyi məlumata görə, Xan Yunisin qərbindəki əl-Məvasi bölgəsində qaçqın çadırlarına edilən hücumda 7 nəfər şəhid olub, 10-dan çox insan isə yaralanıb.
Sionist rejimin döyüş təyyarələri, həmçinin Qəzzə zolağının orta və cənubunda əl-Bəric düşərgəsi, Nəsirat, əl-Məğazi, əz-Zeytun, Şeyx Rizvan və əş-Şücaiyyə məhəllələri də daxil olmaqla, əraziləri hədəfə alıb və nəticədə onlarla insan şəhid olub və yaralanıb.
Bu hücumlarda qaçqın çadırları, məktəblər və yaşayış evləri hədəfə alınıb, bombardmanların baş verdiyi yerdə geniş yanğınlar baş verib.
Tibb mənbələri Xan Yunisin qərbində qaçqın çadırlarına hücumda həkim Musa Həmdan Xəfcənin bir sıra ailə üzvləri ilə birlikdə şəhid olduğunu açıqlayıb.
İşğalçı ordu, həmçinin Qəzzə şəhərinin şərqində və ət-Tuffah məhəllələrində yaşayış binalarının sökülməsi və partladılması əməliyyatlarını davam etdirib.