BMT İsrailin Qəzzə sakinlərini bütün yaşayış və sağ qalma imkanlarından məhrum etdiyini bildirərək elan edib ki, bu rejim cəmi 48 saat ərzində Qəzzənin şimalında 5 məktəbi bombalayıb və minlərlə ailəni didərgin salıb, hazırda burada yaşayan insanlar Qəzzə zolağının cəmi 18 faizindən az hissəsinə çıxış imkanına malikdirlər.
Real-israil saytının məlumatına görə, sionistlərin Qəzza zolağına qarşı vəhşicəsinə hücumlarının davam etməsi, sakinlərin qətliamı və məcburi köçkün düşməsi fonunda BMT ötən gecə yaydığı bəyanatda bildirib: İsrailin bombaladığı məktəblərdən qaçan çoxsaylı fələstinli ailələrin sığınacaq üçün heç yeri qalmayıb.
BMT Qəzza zolağında humanitar vəziyyətin kəskin şəkildə pisləşdiyi barədə xəbərdarlıq edərək vurğulayıb ki, İsrailin hücumlarının intensivləşməsi səbəbindən bu zolağın sakinlərinin sığınacaq üçün kifayət qədər yerləri yoxdur və faktiki olaraq ən elementar yaşayış hüquqlarından məhrumdurlar.
Bəyanatda həmçinin bazar günündən bəri Qəzzə zolağında sionist rejimin dinc sakinlərin hüquqlarını geniş şəkildə pozduğu hallar qeyd olunub və bildirilib: son 48 saat ərzində İsrail Qəzzə zolağının şimalında qaçqınların sığındığı 5 məktəbi bombalayıb ki, bu da çox sayda fələstinlinin qətli və yaralanması ilə nəticələnib, sağ qalanlar isə indi sığınacaqsız qalıblar.
BMT qeyd edib ki, İsrail ordusu Qəzzənin müxtəlif bölgələrində təxliyə əmrləri verməyə davam edir və bu əmrlər verildikdən dərhal sonra, bəzən isə onlardan əvvəl ağır bombardman başlayır. Bundan əlavə, hazırda Qəzzə sakinləri bu zolağın cəmi 18 faizindən az hissəsinə çıxış imkanı əldə edirlər.
Bu mövzuda BMT-nin sözçüsü Stefan Dujarric bildirib ki, bazar günü verilmiş son təxliyə əmrlərindən sonra İsrailin Qəzzəyə hərbi hücumları əhəmiyyətli dərəcədə intensivləşib və azı 1500 ailə Qəzzənin şimalı və Qəzzə vilayətinin şərq hissəsindən didərgin düşüb.
BMT rəsmisi deyib: “Yardım və əsas xidmətlərin olmaması Qəzzə sakinlərini sağ qalmaq üçün ən vacib vasitələrdən məhrum edir və biz bütün keçid məntəqələrinin dərhal açılması və zəruri yardım ləvazimatlarının çatdırılmasının asanlaşdırılması üçün təcili tədbirlər tələb edirik.”
BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi də Qəzzədə həyati infrastruktur obyektlərinin daha çox bağlanması ehtimalı ilə bağlı xəbərdarlıq edib və Qəzzədə aclıq böhranı ilə mübarizə aparmaq üçün imkanın sürətlə əldən çıxdığını vurğulayıb.