Son bir həftə ərzində sionist rejimin müharibə ordusu Qəzza zolağının cənubundakı Xan Yunis istiqamətində bir neçə cəbhə üzrə irəliləyib.
Keçən həftə “Avropa Qəzza” xəstəxanasının ələ keçirilməsindən sonra ordu “Qizan ən-Nəccar” istiqamətində əhəmiyyətli irəliləyiş əldə edib. Eyni zamanda “Əl-Fuxari” bölgəsi üzərindən irəliləyən qüvvələr “Əl-Qarara” istiqamətindən şəhərin mərkəzinə doğru hərəkət ediblər.
Qəzza zolağının digər bölgələri ilə bağlı isə demək olar ki, heç bir yeniləmə yoxdur.


