Fələstin xəbər mənbələrinin verdiyi məlumata görə, sionist rejimin hərbçiləri İordan çayının qərb sahilində yerləşən Nəblus şəhərinə basqın edərək şəhərin bir sıra küçələrində mövqe tutublar.
Yayılan məlumatlara əsasən, sionist hərbçilər bu şəhərdə yardım maşınlarının müdaxiləsinə mane olublar.
Hesabatlara görə, sionist rejimə məxsus hərbçilər Nəblus şəhərində yerləşən “Zafir əl-Məsri” məktəbinin yaxınlığında fələstinli gənc Məhəmməd Nidal əl-Üqbəri əsir götürərək naməlum istiqamətə aparıblar.