Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondunun (UNICEF) Fələstindəki sözçüsü Qəzzə zolağında uşaqların kritik vəziyyəti ilə bağlı xəbərdarlıq edərək deyib: İlkin statistikaya görə, müharibə zamanı 40 mindən çox uşaq yetim qalıb və bu rəqəm həyəcan verici dərəcədə artır.
Xarici KİV-in cümə axşamı günü səhər verdiyi xəbərə görə, Kazim Əbu Xələf mətbuat konfransında bildirib ki, 2023-cü il Oktyabrın 7-dən Qəzzədə hər gün orta hesabla 27 uşaq həyatını itirib ki, bu da dünyanın heç bir yerində tayı-bərabəri olmayan və misli görünməmiş bir statistikadır.
O, əlavə olaraq deyib: Yaralananlar da daxil olmaqla, bu müddətdə qurbanların gündəlik sayı 83-ə çatır.
Əbu Xələf səhiyyə sisteminin çökməsinin hazırda minlərlə uşağın həyatını ciddi şəkildə təhdid etdiyini vurğulayaraq bildirib: Uşaqlar davam edən müharibə nəticəsində yaranan aclıq və qida çatışmazlığının əsas qurbanlarıdır. Onlardan on minlərlə insanın ağır qida çatışmazlığı səbəbindən təcili müalicəyə ehtiyacı var.
UNICEF sözçüsü bu böhranın uşaqlar üzərindəki psixoloji və nevroloji təsirlərinə də diqqət çəkərək qeyd edib: “Qəzzəli uşaqların təkcə fiziki xəsarətlərdən deyil, həm də yaşadıqları dərin psixoloji travmadan sağalmaları üçün illər lazımdır.”
Verilən məlumata əsasən, Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondu (UNİCEF) bundan əvvəl verdiyi bəyanatda vurğulamışdı ki, Qəzzə uşaqları təkcə bombardman nəticəsində ölümlə üz-üzə deyil, həm də aclıq və tibbi xidmətin olmaması və içməli su çatışmazlığı səbəbindən xəstəliklərin yayılması səbəbiylə həyatlarının ölümlə üz-üzə qalması, digər tərəfdən də bu bölgəyə humanitar yardımın mümkünsüzlüyüdür.