Tel-Əviv Qəzzada hərbi əməliyyatların guya əsirləri geri qaytarmaq məqsədilə aparıldığını iddia etsə də, bir İsrail media qurumu müharibənin yenidən başlamasından sonra 20 hərbçinin öldürülməsinə diqqət çəkərək, Netanyahunu bacarıqsızlıqda ittiham edib.
Sionist “Haaretz” qəzetində yayımlanan məqalədə israilli siyasi şərhçi Amir Tibon, Netanyahu hökumətini sərt tənqid edərək yazıb ki, sionist məskunlaşmaçılar özlərindən soruşmalıdır: Qəzzadakı bu müharibənin əsl məqsədi nədir və bu gənclər nəyin uğrunda canlarından olurlar?