Fələstinlilər Nəblusun cənubunda yerləşən Osrin kəndində şəxsi mülkiyyət sayılan torpaqda sionist məskunlaşmaçılar tərəfindən çadır qurulmasına qarşı çıxaraq onlarla qarşıdurmaya giriblər.
Yerli sakinlər torpaqlarının qanunsuz şəkildə zəbt edilməsinə qarşı etiraz edərək, işğalçılara bu ərazidə məskunlaşma qurmağa icazə verməyəcəklərini bildiriblər. Hadisə bölgədə gərginliyin daha da artmasına səbəb olub.