Qəzza mühasirəsini qırmaq məqsədilə fəaliyyət göstərən Beynəlxalq Komitə təsdiqləyib ki, “Madleen” gəmisi artıq Misirin şimal sahillərinə çatıb və hazırda Qəzzaya doğru hərəkət edir.
Bu gün günorta saatlarında sionist rejimin dəniz blokadasını yarmaq məqsədilə yola çıxan “Madleen” gəmisi Misir sahillərinə çatıb. Gəmidəki fəallar bildirirlər ki, növbəti saatlarda Qəzzaya doğru irəliləyəcək.
Gəmi sərnişinlərindən olan Almaniya vətəndaşı Yasemin Acar Berlin hökumətini Qəzzada baş verənləri dəstəkləməkdə ittiham edib:
“Almaniya nasizmi heç vaxt kökündən silmədi. Mən nasistlərlə sionistlər arasında heç bir fərq görmürəm,” – deyə o bildirib.