
Kanada federal məhkəməsi 30 may tarixində verdiyi qərarla Kanada Yəhudi Milli Fondunun (JNF) xeyriyyə statusunun ləğv olunması ilə bağlı hökumət qərarını qüvvədə saxlayıb. Bu qərar təşkilatın son hüquqi müraciətini də rədd edərək 57 illik vergi azadlığı və fəaliyyətinə rəsmən son qoymuş oldu.
JNF Kanada donorlarının vəsaitlərini sionist rejimin hərbi layihələrinə və fələstinlilərin etnik təmizlənməsi siyasətinə yönəltməkdə ittiham olunur. Təşkilat əhalisizləşdirilmiş fələstinli kəndlərin üzərinə meşə salmaqla hərbi cinayətləri yaşıl görünüş altında gizlətməkdə – yəni “greenwashing”də – ittiham edilib.
Kanada Vergi Agentliyi (CRA) təşkilatın statusunu ilk dəfə 2024-cü ilin avqustunda ləğv etmişdi. Son məhkəmə qərarı isə bu prosesi hüquqi cəhətdən yekunlaşdıraraq JNF-nin bağlanması prosesini məcburi hala gətirib.
Beləliklə, Kanadanın ən qədim sionist qurumlarından biri artıq hüquqi baxımdan fəaliyyətini itirib.