
Fələstin Tibb Yardımı Cəmiyyəti bildirir ki, Qəzzada səhiyyə sisteminin tam çöküşü fonunda 350 mindən çox fələstinli xroniki xəstəliklə yaşayır və müalicə almaq imkanından məhrumdur.
Bu böhran, Ümumdünya Səhiyyə Təşkilatının bu həftə verdiyi xəbərdarlıqdan sonra daha da aktuallaşıb. Təşkilat bəyan edib ki, Qəzzanın tibbi infrastrukturu dağılmaq üzrədir — sionist rejimin hücumları və tətbiq etdiyi məhdudiyyətlər səbəbilə xəstələr lazımi müalicəyə çata bilmirlər.