Qəzzə xalqı Qurban bayramının ilk gününü çətin şəraitdə keçirərkən, İsrail rejiminin bölgəyə geniş və ardıcıl hücumları davam edib.
Xarici KİV-in verdiyi məlumata əsasən, Qəzzə zolağının cənubundakı Xan Yunis şəhərinin mərkəzi, şimal və şərq hissələrinin dünən səhər (cümə günü) ağır hava və artilleriya hücumlarına məruz qaldığını bildirib.
Məlumata görə, İsrail döyüş təyyarələrinin alçaq hündürlüklərdə uçaraq yaşayış məntəqələrini dəfələrlə atəşə tutması yerli sakinlər, xüsusilə də qadın və uşaqlar üçün vəziyyəti daha da kritik edib.
Xəbər TV telekanallarından birinin Qəzzədəki müxbirinə istinadən verilən məlumata əsasən, dünən səhər saatlarından etibarən qadın və uşaqlar da daxil olmaqla, ən azı 22 fələstinli bu hücumlarda həyatını itirib.
Hücumlar minlərlə qəzzəlinin dünən səhər sionist rejimin hücumları zamanı dağılan məscid və evlərin dağıntıları üzərində Qurban bayramı namazı qıldığı vaxt baş verib.
2023-cü il Oktyabrın 7-də müharibə başlayandan bəri İsrail ordusu Qəzzə zolağında 800-dən çox məscidi tamamilə, digər 167 məscidi isə qismən dağıdıb.
Bu genişmiqyaslı hücumlar indiyədək əksəriyyəti qadın və uşaqlar olmaqla 180 mindən çox fələstinlinin şəhid olması və yaralanması ilə nəticələnib, 11 mindən çox insan isə hələ də itkin düşüb.