Livan Səhiyyə Nazirliyi İsrailin pilotsuz təyyarəsinin Livanın cənubuna hücumu nəticəsində bir nəfərin öldüyünü açıqlayıb.
Xarici KİV-in çərşənbə günü verdiyi məlumata görə, Livan Səhiyyə Nazirliyi İsrail rejiminin Livanın cənubundakı Eytroun şəhərini pilotsuz təyyarə hücumu ilə hədəf aldığını və bunun bir nəfərin şəhid olması ilə nəticələndiyini vurğulayıb.
Bu, İsrail rejimi ordusunun Livanın cənubundakı Yatir bölgəsinə dron hücumu nəticəsində Hizbullahın “Ridvan Gücü”nün komandirini öldürdüyünü iddia etdiyi vaxta təsadüf edir.
Bu səhər əl-Mayadin televiziyası İsrail ordusuna məxsus pilotsuz təyyarənin Livanın cənubunda yerləşən Əyn Bial qəsəbəsində bir avtomobili hədəf aldığını açıqlayıb.
Livanın xəbər agentliyi də İsrailə məxsus pilotsuz təyyarənin Sur yaxınlığında əl-Hoş-Əyn Bial yolunda bir avtomobili hədəf aldığını, Livan Səhiyyə Nazirliyi isə hücumda bir nəfərin şəhid olduğunu bildirib.
Daha əvvəl də İsrail ordusu Livanın cənubundakı “Mənsuri” bölgəsində bir motosikleti pilotsuz təyyarə ilə hədəfə almış və nəticədə Livan vətəndaşı şəhid olmuşdu.