Zülmə məruz qalmış Qəzzə xalqı dünən səhər saatlarında sionist cəlladların həyata keçirdiyi vəhşi qırğınların yeni bir səhnəsi ilə qarşılaşıb; elə bir qırğın ki, orada “Musa ibn Nəsir” məktəbində məskunlaşmış didərgin sığınacaq sakinləri hamısı bir anda ağır bombardman atəşi altında yanaraq həyatlarını itiriblər.
Xəbər agentlklərindən birinin Qəzzədəki müxbirinin məlumatına görə, bu hücum sionist rejimin pilotsuz hərbi uçuş aparatları ilə həyata keçirilib və ən azı 14 nəfər şəhid olub. Onların çoxunun cəsədi tamamilə yanıb. Hücum nəticəsində çox sayda yaralı və itkin düşən də var.
Müxbirin verdiyi xəbərə əsasən, Qəzzə sakinləri səhər yuxudan ardıcıl partlayış səsləri ilə oyanıblar. Şəhərin şərqindəki bu səslər açıq-aşkar eşidilib. “Musa ibn Nəsir” məktəbinə edilən hücum bu müdafiəsiz şəhər sakinləri arasında vahimə və qorxu yaratmışdı.
Qeyd olunub ki, bu məktəb fələstinli köçkünlər üçün sığınacağa çevrilmişdi və sionist işğalçı rejimin pilotsuz aparatları tərəfindən atılan raketlərin hədəfi olub. Bu raketlər məktəbin bir neçə sinif otağını, yəni həmin köçkünlərin sığınacaq yeri olan bölmələri dəhşətli alova qərq edib.
Bu xəbərə əsasən, azı 14 nəfərin şəhid olduğu və çox sayda yaralı və itkinin qeydə alındığı bu yeni sionist təcavüzü göstərir ki, bu uşaq qatili olan rejim heç bir beynəlxalq və insan hüquqları qanununa tabe olmur.