Qəzzə Səhiyyə Nazirliyi dağıdıcı müharibə nəticəsində təxminən 1500 nəfərin görmə qabiliyyətini itirdiyini açıqlayıb.
Qəzzə Səhiyyə Nazirliyi dağıdıcı müharibə nəticəsində 1500-ə yaxın insanın görmə qabiliyyətini itirdiyini, daha 4000 nəfərin isə dərman və tibbi avadanlıq çatışmazlığı səbəbindən görmə qabiliyyətini itirmək təhlükəsi ilə üzləşdiyini açıqlayıb.
Fələstin xəbər agentliyi məlumatına görə, Qəzzə Göz Xəstəxanasının rəhbəri doktor Əbdül Salam Sabah deyib: “Səhiyyə sektoru göz əməliyyatları üçün ciddi istehlak materialları və tibbi cihaz çatışmazlığı ilə üzləşir ki, bu da xüsusilə tor qişa xəstəlikləri, diabetik retinopatiya və daxili qanaxma üçün cərrahi xidmətlərin demək olar ki, tamamilə çökməsinə səbəb olacaq”.
O, bildirib: “Hazırda Göz Xəstəxanasında cəmi 3 ədəd birdəfəlik cərrahiyyə qayçısı mövcuddur və onlar dəfələrlə istifadə edilir. Bu isə xəstələrin həyatı üçün təhlükəni ikiqat artırır və onların xilas olunmasına mane olur.”
Əbdülsəlam Sabah bildirib: Partlayışlar nəticəsində yaranan bir çox göz zədələri tamamilə tükənmək ərəfəsində olan helium və incə tikişlər kimi tibbi ləvazimatlar tələb edir.
O, vurğulayıb: Oftalmologiya Xəstəxanası səlahiyyətli orqanlar və beynəlxalq təşkilatlar tərəfindən təcili müdaxilə edilmədikdə, hər hansı cərrahi xidmət göstərmək imkanının olmadığını elan etmək üzrədir.