Livan Səhiyyə Nazirliyi İsrail rejiminin yeni hava hücumu nəticəsində 2 ölkə vətəndaşının yaralandığını açıqlayıb.
Xarici KİV-in verdiyi məlumata görə, Livan Səhiyyə Nazirliyi bazar günü bildirib ki, sionist rejimi Livanın cənubundakı “Beit Yahoun” bölgəsini hava hücumu ilə hədəfə alıb.
Nazirliyin açıqlamasında bu hücum nəticəsində biri hərbçi olmaqla, iki livanlının yaralandığı qeyd olunub.
Sionist rejim atəşkəsin qüvvəyə minməsindən sonra da hər gün onu pozaraq Livanın cənubuna çoxsaylı hücumlar edir.
Bu rejim şənbə günü də atəşkəsi açıq şəkildə pozaraq, pilotsuz uçan aparat (PUA) ilə Livanın cənubundakı “Əz-Zərariyyə” bölgəsində yerləşən Əbül-Əsvəd yolunda bir avtomobili hədəf alıb. Bu hücumda azı bir nəfər şəhid olub.
Sionist rejimi atəşkəs rejimini pozmaqla Livan ərazisinə hücumlarını davam etdirərək, çərşənbə günü səhər də “Qəqəiyyətül-Cisr – Vadi əl-Hucəyr” yolunda bir avtomobili iki raketlə hədəfə alıb.
Bu hücum nəticəsində hədəf alınan avtomobil yanmağa başlayıb.