Fələstin mediası Qəzzə zolağında son 24 saat ərzində daha 5 jurnalistin şəhid olması ilə bağlı xəbər verib ki, bununla da jurnalist şəhidlərinin sayı 222-yə çatıb.
Xarici KİV-in verdiyi məlumata görə, İsrail rejimi son 24 saat ərzində Qəzzə zolağının müxtəlif bölgələrində soyqırımın şiddətlənməsi zamanı onlarla fələstinli ailə ilə birlikdə daha 5 jurnalisti şəhid edib.
Fələstin mediasının məlumatına əsasən, bu jurnalistlər ailələrinin digər üzvləri ilə birlikdə şəhid olublar. Onların adları:
1. Əbdürrəhman əl-Əbdələh
2. Nur Qəndil
3. Xalid Əbu Seyf
4. Əziz əl-Həccar
5. Əhməd əl-Zəynati
Fələstin hökumətinin Qəzzədəki media ofisi ötən cümə axşamı bildirib ki, jurnalist Əhməd əl-Hulvun şəhadətindən sonra şəhid jurnalistlərin sayı 217-yə çatıb.
Daha 5 jurnalistin şəhid olması ilə bu rəqəm 222-yə yüksəlib.
Fələstin hökumətinin media idarəsi dəfələrlə sionist rejimin fələstinli jurnalistləri hədəf almasını, qətlə yetirməsini, mütəşəkkil şəkildə terror edilməsini pisləyib və Beynəlxalq Jurnalistlər Federasiyası, Ərəb Jurnalistlər Birliyi və dünyanın bütün jurnalist təşkilatlarını fələstinli jurnalistlərə və Qəzzə media fəallarına qarşı bu mütəşəkkil cinayətləri dayandırmaq üçün hərəkətə keçməyə çağırıb.