“Dünya Mərkəzi Mətbəx” beynəlxalq təşkilatı qida ehtiyatlarının tükənməsi və yemək və ya çörək bişirmək üçün yanacağın olmaması səbəbindən Qəzzə zolağının mühasirədə olan əhalisini yeməklə təmin etməyə artıq davam edə bilməyəcəyini açıqlayıb.
Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, “Dünya Mərkəzi Mətbəx” beynəlxalq təşkilatı X sosial şəbəkəsində dərc etdiyi bəyanatda əlavə olaraq bildirib: “Yardımların daxil olması üçün İsrail rejiminin icazəsi olmadan bu təşkilatın fəaliyyətini davam etdirməsi mümkün deyil”.
Fələstin İnformasiya Mərkəzi, həmçinin qeyd edib: “Dünya Mərkəzi Mətbəx” beynəlxalq təşkilatı son 18 ayda Qəzzədə 130 milyondan çox yemək və 26 milyon çörək paylayıb, lakin Mart ayının (1 Mart 2025-ci il) əvvəlindən keçidlərin bağlanması səbəbindən yeni ehtiyatları əvəz edə bilməyib.
“World Central Kitchen” (Dünya Mərkəzi Mətbəx) beynəlxalq təşkilatının hesabatına görə, təşkilatın dəstəklədiyi yerli mətbəxlərin 80 faizindən çoxunda ərzaq və yanacaq yoxdur.
Beynəlxalq “World Central Kitchen” təşkilatının bəyanatında bir daha vurğulanıb ki, ərzaq və yanacaq daşıyan yük maşınları Mart ayından bəri Qəzzə sərhədində saxlanılıb, halbuki İordaniya və Misirdən əlavə yardımlar göndərilməyə hazırdır.
Təşkilat xəbərdarlıq edib ki, İsrail rejiminin Qəzzə zolağına humanitar yardımların daxil olmasına qoyduğu qadağalar davam edərsə, “World Central Kitchen” təşkilatının bu bölgədəki fəaliyyəti tamamilə dayandırılacaq.
Hesabatlara görə, keçid məntəqələrinin bağlanmasından bəri Qəzzədə aclıq böhranı fəlakət səviyyəsinə çatıb və rəsmi məlumatlara əsasən, əksəriyyəti uşaqlardan ibarət olmaqla, azı 57 nəfər aclıq səbəbindən həyatını itirib.