Xəbər mənbələri İsrail rejiminin pilotsuz uçan aparatının Livanın cənubunda avtomobildəki insanlara hücum etdiyini bildirib.
Xarici KİV-in verdiyi məlumata görə, İsrail rejimi Livanın cənubundakı “Qaqaiyyə əl-Cisr” bölgəsində pilotsuz təyyarə ilə hücumda avtomobildə olanları hədəf alıb.
İsrail ordusu da bu xəbəri təsdiqləyib.
İsrailin TV telekanalı da təhlükəsizlik mənbəsinə istinadən iddia edib ki, hücumda Hizbullahın yüksək rütbəli məmuru hədəf alınıb.
Livan Səhiyyə Nazirliyi də hücumda bir nəfərin həyatını itirdiyini təsdiqləyib.
Bundan əvvəl İsrail rejiminə məxsus pilotsuz uçan aparat Livanın cənubundakı “Həvla” şəhərinin “Mərc” məhəlləsində motosikleti hədəfə alıb.
Məlumata görə, hücum Livan vətəndaşlarından birinin şəhid olması ilə nəticələnib.
Livan mediası, həmçinin hücumun Həvla şəhərinin Bərkə ət-Tayyiri məhəlləsindəki sosial xidmət mərkəzinin yaxınlığında baş verdiyini bildirib.
Son həftələrdə İsrail rejimi dəfələrlə atəşkəsi pozaraq Livanın cənubunu hava və artilleriya hücumları ilə hədəfə alıb və bu hərəkətlər ölkə daxilində və regional səviyyədə geniş qınaqla qarşılanıb.