İsrail döyüş təyyarələrinin Qəzzənin Xan Yunis şəhərindəki Avropa xəstəxanasına vəhşicəsinə hücumu nəticəsində 80-dən çox fələstinli həyatını itirib və yaralanıb.
Xarici KİV-in verdiyi məlumata əsasən, İsrail döyüş təyyarələri çərşənbə axşamı axşam saatlarında Xan Yunis şəhərinin şərqində yerləşən Qəzzədəki Avropa Xəstəxanası və ətrafını güclü hava hücumları ilə hədəfə alıb.
Qəzzə Səhiyyə Nazirliyinin məlumatına görə, bu ağır bombardman zamanı 16 nəfər şəhid olub, 70-dən çox insan yaralanıb və qurbanların sayının artacağı ehtimal edilir.
İvrit dilində nəşr olunan internet saytlarından biri məlumatlı mənbələrə istinadən yazıb ki, Qəzzə və ətrafdakı Avropa Xəstəxanasına hücumda sioni rejimin hava qüvvələri 9-dan çox ağır bunker partlayıcı bombadan istifadə edib.
Sayt iddia edib ki, Xan Yunisə hücumun məqsədi HƏMAS-ın yüksək səviyyəli komandiri və hərəkatın mərhum lideri şəhid Yəhya əs-Sinvarın kiçik qardaşı Məhəmməd əl-Sinvarı öldürmək olub.
İsrail Radio və Televiziya Təşkilatı bu hücumda istifadə edilən bombaların sayının Qəssam Briqadalarının komandiri şəhid Məhəmməd əl-Deyfə sui-qəsd üçün istifadə edilən sayı ilə eyni olduğunu açıqlayıb, lakin bu sui-qəsd əməliyyatının uğurlu olacağına hələ də əminlik yoxdur.
Fələstin mənbələrinin məlumatına görə, İsrail ordusu Qəzzədə Avropa Xəstəxanasına yaxınlaşmağa və ya dağıntılar altından insanları xilas etməyə çalışanları hədəfə alır.
Netanyahu sionist sağçı partiyaların diqqətini cəlb etmək üçün uğursuz cəhdlər edir, lakin əslində o, Qəzzə bataqlığında qalıb və sionist qüvvələrin gücü getdikcə azalır.