Xarici KİV-in verdiyi məlumata görə, çərşənbə axşamı səhər saatlarında İsrail rejiminin Qəzzə zolağına son bir günlük hücumları zamanı 42 fələstinli şəhid olub.
Sionist rejimin Qəzzə zolağına cinayətkar hücumları və fələstinlilərin qətli çərşənbə axşamı səhəri beynəlxalq qurumlar və forumların susqunluğu ilə davam edib.
Tibbi mənbələrə istinadən verilən xəbər bildirilib ki, İsrail rejiminin Qəzzə zolağına son 24 saatda təşkil etdiyi hücumlar zamanı 42 fələstinli şəhid olub.
Xəbər telekanallarından birinin Qəzzə zolağındakı müxbiri deyib: “İşğalçılarn ağır və davamlı artilleriya atəşləri Qəzzə şəhərinin şərq rayonlarını hədəf alır.”
Livanın xəbər telekanalı, həmçinin İsrail döyüş təyyarələrinin Qəzzə zolağının cənubunda yerləşən Xan Yunisin qərbindəki əl-Məvasi bölgəsindəki qaçqın çadırlarına hücum etdiyini bildirib.