Media mənbələri sionist rejiminə aid dronun Livanın cənubunda bir motosikletə hücum etdiyini və 1 nəfərin şəhid olduğunu açıqlayıblar.
Xarici KİV-in verdiyi məlumata görə, sionist rejimin pilotsuz uçuş aparatı Livanın cənubunda yerləşən “Həvla” şəhərinə bağlı “əl-Mərəc” məhəlləsində bir motosikleti hədəfə alıb.
Verilən məlumata əsasən, bu hücum bir livanlının həyatına son qoyub.
Livan mediaları bu hücumun “Həvla” şəhərində yerləşən Bərkə ət-Tayyəri məhəlləsindəki ictimai xidmətlər mərkəzinin yaxınlığında baş verdiyini bildiriblər.
Son həftələrdə İsrail rejimi dəfələrlə atəşkəsi pozaraq Livanın cənubunu hava və artilleriya hücumları ilə hədəfə alıb. Bu hərəkətlər ölkə daxilində və regional səviyyədə geniş qınaqla qarşılanıb.