Qəzza zolağının səhra xəstəxanalarının rəhbəri sionist rejimin Qəzzə zolağına qarşı soyqırımının başlanğıcından bu yana 16 mindən çox uşağın şəhid olduğunu bildirərək, əlavə edib: Bu o deməkdir ki, orta hesabla bu bölgədə hər 40 dəqiqədə bir uşaq şəhid olub.
Mərvan əl-Həms, Qəzzə zolağındakı səhra xəstəxanalarının rəhbəri bildirib ki, indiyədək 908 fələstinli uşaq bir yaşına çatmadan şəhid olub və 311 uşaq isə İsrailin Qəzzəyə qarşı soyqırımı zamanı doğulduqdan dərhal sonra şəhid edilib.
Əl-Həms deyib: Biz bir sıra fələstinli uşaqların şəhadətini qeydə almışıq ki, onlar xeyriyyə mərkəzlərindən ərzaq almağa çalışarkən, sionist işğalçıların bu mərkəzlərə birbaşa hücumları nəticəsində şəhid olublar.
Fələstin Səhiyyə Nazirliyi daha əvvəl verdiyi bəyanatda bildirib ki, sionist rejim uşaq iflicinə qarşı peyvəndlərin Qəzzəyə daxil olmasına mane olur və indiyədək bu rejimin hücumları nəticəsində 16 mindən çox uşaq şəhid olub.
Nazirlikdən, həmçinin bildirilib: Qəzzə zolağındakı uşaqlar ya işğalçı rejimin hücumları nəticəsində, ya da qida və dərman çatışmazlığı, müalicə imkanlarının olmaması səbəbindən həyatlarını itirirlər və şəhid olan uşaqların sayı 16 min nəfəri ötüb. Sionist rejim uşaqları və hamilə qadınları bütün əsas ehtiyaclar və tibbi yardımdan məhrum edib. Bu rejim hələ də poliomielit peyvəndlərinin Qəzzəyə daxil olmasına mane olur və bu, xəstəliklə mübarizə səylərini ciddi təhlükə altına salır.
Fələstinin Qəzzə zolağındakı Səhiyyə Nazirliyi bildirib ki: İndiyədək 57 uşaq Qəzzədə qida çatışmazlığı səbəbilə həyatını itirib. Qəzza uşaqları sığınacaqsız qalıb və fəlakətli şəraitdə yaşayırlar. Biz dünya azad insanlarına müraciət edirik: Qəzzə uşaqlarının xilas edilməsi bir seçim deyil, təxirəsalınmaz insani vəzifədir.
Bu xəbərdarlıqlar, Qəzzə zolağının hələ də ağır mühasirədə olduğu və humanitar təşkilatların bölgəyə çıxışının işğalçı qüvvələr tərəfindən ciddi şəkildə məhdudlaşdırıldığı bir vaxtda edilib.