Xəbər mənbələri: Fələstinli qaçqınların məskunlaşdığı bir məktəbin sionist rejimi tərəfindən bombalanması nəticəsində 15 nəfər şəhid olub.
Xarici KİV-in verdiyi məlumat görə, sionist rejimin qırıcıları bugün (bazar ertəsi) səhər saatlarında Qəzzə zolağının şimalında yerləşən Cəbaliya qəsəbəsindəki Fatimə binti Əsəd adlı qızlar məktəbini bombalayıblar.
Sionist rejimin qırcı təyyarələri məktəbin ikinci mərtəbəsini bir neçə raketlə hədəfə alıb.
Bu hücumda indiyə qədər əksəriyyəti qadın və uşaqlar olan 15 mülki şəxs şəhid olub. Həmçinin onlarla insan yaralanıb və itkin düşüb.
Bu hücum ABŞ-ın HƏMAS-la danışıqlar aparmaq və Qəzzədə atəşkəs razılaşması əldə etməyə cəhd göstərmək barədə məlumat verdiyi bir vaxtda baş veirb.
Qəzzə Səhiyyə Nazirliyi sionist rejimi ordusunun hücumları nəticəsində son 24 saat ərzində azı 26 fələstinlinin həyatını itirdiyini açıqlayıb.