Fələstinin xəbər agentliyi sionist rejimin qırıcı təyyarələrinin UNRWA-nın Cəbaliya düşərgəsindəki qida anbarına hücum etdiyini bildiriblər.
Xarici KİV-in verdiyi məlumata görə, sionist rejimin qırıcıları Cəbaliya düşərgəsində Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) bağlı ərzaq anbarına hücum ediblər. Hücum nəticəsində bölgə səmasında qatı tüstü meydana gəlib.
Bu hücumda 4 vətəndaş şəhid olub və onlarla insan yaralanıb ki, onların da bəzisi qadın və uşaqlardır.

Bundan öncə də, Qəzzə şəhərinin qərbində Həyy ər-Rəmmalın sionist rejimi tərəfindən bombalanması nəticəsində biri uşaq olmaqla, 4 nəfər şəhid olmuş və bir sıra insan isə yaralanmışdı.
Ötən 48 saat ərzində sionist rejimin Qəzzə zolağına qarşı hücumlarında 27 nəfər həyatını itirib və 85 nəfər isə yaralanıb.
Bununla da, İsrail rejiminin Qəzzəyə qarşı 2023-cü ilin 7 Oktyabr ayından başlatdığı müharibədə şəhid olanların sayı 52787 nəfərə, yaralıların sayı isə 119349 nəfərə çatıb.