UNRWA-nın Kommunikasiya direktoru ötən həftənin cümə axşamı səhər saatlarında bildirib ki, bir milyon fələstinli uşaq humanitar yardımlardan asılı vəziyyətdədir və Qəzzə zolağındakı keçid məntəqələri açılmalıdır.
Xarici KİV-in verdiyi məlumata görə, BMT-nin Fələstinli Qaçqınlara Yardım və İş Agentliyinin (UNRWA) Kommunikasiya direktoru “Culiyyət Touma” cümə axşamı səhər saatlarında Qəzzə zolağındakı humanitar böhranla bağlı xəbərdarlıq edib.
Touma verdiyi müsahibədə deyib: Təxminən 3 min humanitar yardım daşıyan yük maşını Qəzzə zolağının xaricində gözləyir, lakin İsrailin mühasirəsi onların daxil olmasına mane olur.
O, bir milyon fələstinli uşağın humanitar yardımlardan asılı olduğunu bildirərək əlavə edib: Bu yardımlar olmadan onların həyatı təhlükə altındadır. Qəzza zolağındakı keçidlər açılmalı, mühasirə ləğv olunmalıdır.
BMT rəsmisi daha sonra vurğulayıb: “Təxminən iki aydır ki, Qəzzəyə heç nə daxil olmayıb – nə bir damla su, nə də bir dənə buğda.”
Xəbərə görə, Touma əlavə olaraq bildirib: Qəzzənin bütün əhalisi humanitar yardımlardan ciddi şəkildə asılı vəziyyətdədir. Mühasirənin davam etməsi insanları edama məhkum etməyə bənzəyir.
O, həmçinin qeyd edib: Qəzzədəki keçidlərin dərhal açılması və gec olmadan həyati əhəmiyyətli yardımların çatdırılması olduqca vacibdir.