İsrailli əsir ailələri vurğuladılar ki, bütün əsirlərin geri qaytarılmasının yeganə yolu Netanyahu hökumətinin devrilməsidir və bütün İsraillilər bu məqsəd üçün küçələrə çıxmalıdırlar.
İsrailli əsir ailələrinin nümayəndə heyəti ehtiyat qüvvələrinin daha çox çağırılmasının yalnız əsirlərin öldürülməsinə səbəb olacağını bildirərək, Netanyahunun müharibə müddətini uzatmağı və siyasi məqsədlərini həyata keçirməyə çalışdığını qeyd edib.
İsrailli əsir ailələri bütün əsirlərin geri qaytarılmasının yeganə yolunun Netanyahu kabinetinin devrilməsi və dəyişdirilməsi olduğunu bildirib.
Bu ailələr əlavə olaraq bildiriblər: “Netanyahu hökumətinin devrilməsi bu mərhələdə bizim tələblərimizdir və bütün İsraillilər bu hökuməti devirmək üçün küçələrə çıxmalıdırlar.”
Onlar Netanyahunun daha çox hərbçini əsirləri öldürmək üçün Qəzzəyə göndərdiyini ifadə edərək, “Biz Baş Qərargah rəisindən Qəzzədə əməliyyat keçirməməsini xahiş edirik. Çünki bu, girovların ölümünə səbəb olacaq.” deyiblər.
İsrailli əsir ailələri vurğulayıblar: Əgər İsraili yenidən qurmaq və 7 Oktyabr hadisəsini bağlamaq istəyiriksə, Netanyahu kabinetini devirməli və Qəzzə müharibəsinə dərhal son verməliyik.
Bu ailələr Trumpdan Netanyahunun hiylələrinə və oyunlarına qarşı diqqətli olmasını xahiş edərək, O, hələ də İsrailli hərbçilərin həyatını öz kabinetini qorumaq üçün qurban verir,” deyiblər.
Qəzzədəki Qassam Briqadaları İsrail rejiminin hava hücumundan sonra özünü xilas etməsi haqqında danışan bir sionist əsirinin videosunu yayımlayıb.
Bu israilli əsir deyib: Qəzzədə atəşkəs bitdikdən sonra təyyarələr tərəfindən bombalandıq, amma qəribə bir şəkildə xilas olduq.
O, indiyə qədər yeraltı sığınacaqda iki dəfə bombalanmış olduğunu bildirərək, bunun Netanyahunun danışdığı hərbi təzyiq və müharibənin nəticəsi olduğunu qeyd edib.
Qassam briqadalarının yanında olan bu sionist əsir çox çətin şəraitdə olduqlarını və dərmanların olmadığını bildirərək, yanında olan əsir dostunun taleyindən xəbərsiz olduğunu vurğulayıb.
O, etiraz mitinqlərinin keçirilməsini tələb edərək, “Əgər Netanyahunun oğlu və ya hakim koalisiyanın liderlərindən birinin oğlu əsirlər arasında olsaydı, müharibə artıq dayandırılmışdı.” deyib.
Netanyahu kabineti təxminən iki ay əvvəl əsir mübadiləsi sazişini pozaraq, Qəzzə zolağına qarşı müharibəni yenidən başladıb. Bu addım yalnız onun şəxsi və partiya maraqlarını qorumağa yönəlib.