UNRWA təşkilatı bildirib ki, 3000 yük maşını Qəzzə sərhədləri arxasında İsrailin onlara giriş icazəsi verməsini gözləyirlər.
Qəzzə zolağı bugün tarixinin ən ağır humanitar böhranlarından biri ilə mübarizə aparır. Bu bölgənin sionist rejimi tərəfindən iki ay mühasirə olunduğu bir vaxtda Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) bölgədə aclıq və qıtlığın şiddətləndiyini bildirib.
UNRWA-nın ali komissarı Filip Lazzarini çərşənbə axşamı sosial şəbəkədə yazıb: “Qəzzədə uşaqlar aclığın şiddətindən ölürlər.”
O, işğalçı ordunu kəskin tənqid edərək bildirib: “İsrail dövləti hələ də qida və digər əsas ehtiyac mallarının bölgəyə daxil olmasına mane olur. Bu, siyasi motivasiyalı və insan tərəfindən yaradılmış bir aclıqdır.”
Eyni zamanda, UNRWA başqa bir açıqlamada həyati əhəmiyyətli yardım daşıyan təxminən 3 min yük maşınının Qəzza zolağına girmək üçün icazə gözləyərək keçidlərdə dayandırıldığını bildirib.
UNRWA-nın bildirdiyinə görə, bu yardımlar paylanmağa hazır vəziyyətdədir, lakin İsrailin keçid məntəqələrini bağlı saxlamaqda davam etməsi onların bölgəyə daxil olmasına mane olur və nəticədə bu yardım məhsullarının bir hissəsi xarab olmaq üzrədir.
Birləşmiş Millətlər Təşkilatının tərkibində fəaliyyət göstərən bu qurum xəbərdarlıq edib ki, beynəlxalq ictimaiyyətin təcili yardımın daxil olması ilə bağlı çağırışları indiyədək Təl-Əviv tərəfindən nəzərə alınmayıb.
Digər tərəfdən, Qəzzədəki Hökumət Media Ofisinin baş direktoru dr. İsmail əs-Səvabitə insanı durumun acınacaqlı vəziyyətinə işarə edərək bildirib: “Qəzzə ciddi şəkildə aclıq və su qıtlıq ilə üz-üzədir və yaşayış şəraiti misli görünməmiş həddə çatıb.”
O, vurğulayıb ki, bazarlarda və anbarlardakı ərzaq ehtiyatları demək olar ki, tükənib və bu böhran xüsusilə Qəzzənin cənub vilayətlərində – qaçqınların daha çox sığındığı bölgələrdə – daha şiddətlidir.
Son ərzaq ehtiyatlarının bitməsi
Bununla əlaqədar olaraq, Birləşmiş Millətlər Təşkilatına bağlı Qlobal Ərzaq Proqramı bazar ertəsi günü Qəzzə zolağındakı isti yemək hazırlayan mətbəxlər arasında son ərzaq ehtiyatlarını paylayıb və xəbərdarlıq edib ki, bu mətbəxlərin ehtiyatları da gələcək günlərdə tükənəcək.
Qəzzə daxilində 2 milyon insan yaşamaq üçün tamamilə ərzaq yardımlarına möhtacdır. Qlobal Ərzaq Proqramının hesabatına əsasən, son həftələrdə isti yemək hazırlayan mətbəxlər, əhalinin yalnız yarısına çata bilsələr də, gündəlik ərzaq ehtiyaclarının 25 faizini təmin edərək, Qəzza xalqı üçün həyati əhəmiyyət daşıyan yeganə müntəzəm ərzaq yardım mənbəyi olmuşdur.