Xarici KİV-in çərşənbə günü verdiyi məlumata görə, sionist rejimin Qəzzə zolağına qarşı həyata keçirdiyi son bir gün ərzindəki hücumlarda 38 fələstinli şəhid olub.
Sionist rejimin Qəzzə zolağına qarşı cinayətkar hücumları və beynəlxalq qurum və təşkilatların susqunluğu sayəsində fələstinlilərin qətlə yetirilməsi çərşənbə günü də davam edib.
Tibbi mənbələrə istinadən verilən məlumatda sionist rejimin son 24 saat ərzində həyata keçirdiyi hücumlarda 38 fələstinlinin şəhid olduğu bildirilib.
Həmçinin, qeyd olunub: “İşğalçıların aritlleriyası Qəzzə şəhərində yerləşən Şücaiyyə məhəlləsinin şərq hissəsini hədəfə alıb və eyni zamanda həmin ərazinin səmasına işıqlandırıcı güllələr atıblar.”
Digər bir xəbər agentliyi isə sionist hərbiçilərinin Qəzzə zolağının cənubunda yerləşən Xan Yunis şəhərinin şərqindəki “Bəni Suheyla” qəsəbəsinə hücum etdikləri barədə məlumat verib.