Xəbər mənbələri İsrail rejimi qüvvələrinin İordan çayının qərb sahilində keçirdiyi reyddə bir gənc fələstinlini şəhid etdiyini bildirib.
Xarici KİV-in verdiyi məlumata görə, sionist rejimin hərbiçiləri cümə günü Nablusun şərqindəki Salim kəndinə basqın ediblər.
Bu basqında sionist hərbiçilər fələstinli gənclərə atəş açaraq “Əbdül Xaliq Musəb Cəbur”u güllələyiblər.
Məlumata əsasən, İsrailin rejimi 2023-cü il Oktyabrın 7-də Qəzzə zolağına təcavüzə başlayandan bəri bu rejimin ordusu İordan çayının qərb sahilindəki əməliyyatlarının miqyasını artırıb.
Bununla əlaqədar olaraq, sionist hərbçiləri əvvəllər Cenin və Tülkərm şəhərlərinə və ətraf kəndlərə hücumlarını gücləndiriblər. Bu hücumlar zamanı çoxlu sayda Fələstin vətəndaşı şəhid olub və yaralanıb.
Fələstin vətəndaşları və döyüşçüləri də hər vasitə ilə sionist rejimin Qəzzə zolağı və İordan çayının qərb sahilindəki cinayətləri ilə mübarizə aparıblar.