Xəbər mənbələri sionist rejimin Qəzzə zolağının mərkəzinə olan hücumunda fələstinli bir jurnalist və media fəalının, həyat yoldaşı və övladı ilə birlikdə şəhid olduğu haqda məlumat veriblər.
Xarici KİV-in çərşənbə günü verdiyi məlumata görə, “Səid Əmin Əbu Həsəneyn” həyatı yoldaşı “Əsma Cihad Əbu Həsəneyn” və qızı “Sara” ilə birlikdə sionist rejimin Qəzzə zolağının mərkəzində yerləşən Deyr əl-Bələh şəhərindəki əl-Bəyəh küçəsinə hücumunda şəhid olub.
O, “Əqsanın səsi” raidosunun əməkdaşı idi və 20 il əvvəl media fəaliyyətinə başlamışdı.
Səid Əmin Əbu Həsəneyn şəhid olduğu zaman səs mühəndisliyi və miksləmə sahəsində fəaliyyət göstərirdi.
“Əqsanın səsi” raidosu da bu jurnalistin şəhid olmasını təsdiqləməklə, onun və digər media şəhidlərinin sədaqətini və yollarının davam etməsini vurğulayıb.