Xəbər mənbələri bugün (şənbə günü) səhərdən indiyə qədər sionist rejimin Qəzzə zolağına hücumları nəticəsində 16 nəfərin şəhid olduğunu bildiriblər.
Xarici KİV-in verdiyi məlumata görə, sionist rejimin Qəzzə zolağına qarşı təcavüzlərinin davamı olaraq bugün səhər saatlarından indiyə qədər 16 nəfər bu bölgənin müxtəlif yerlərində şəhid olub.

Sionist rejimin Qəzzə zolağına qarşı təvavüzlərinin 40-cı günündə rejimin qırıcı təyyarələri bu zolağın cənubundakı müxtəlif bölgələri bombalayıblar.
İsrail rejiminə aid qırıcılar Qəzzə zolağının cənubunda yerləşən Rəfəh şəhərinə və bu bölgənin şimalındakı Cəbaliya düşərgəsinə qarşı hücumlar həyata keçiriblər.
Fələstin mənbələri sionist rejimin cümə günü Qəzzə zolağının müxtəlif bölgələrinə hava hücumları zamanı 45 nəfərin şəhid olduğunu açıqlayıblar.
Beynəlxalq təşkilatlar Qəzzə zolağında ağır humanitar vəziyyətlə bağlı həyəcan təbili çalmaqla yanaşı, təcili olaraq bu bölgəyə yardımların daxil olmasının vacibliyini vurğulayıblar.