Xarici KİV-in verdiyi məlumata görə, sionist rejimin ordusu çərşənbə axşamı günü Cənubi Beyrutda yerləşən “Bəurta” bölgəsində pilotsuz təyyarə ilə bir avtomobili hədəf alıb. Bu hücum nəticəsində, Livan İslam Camaatının hərbi qanadı olan əl-Fəcr qüvvələrinin yüksək vəzifəli komandirlərindən şeyx Hüseyn Ətvi şəhid olub.
Hələlik bu hücumla bağlı əlavə təfərrüatlar əldə olunmayıb.
Sionist rejim bazar ertəsi günü də Cənubi Livanda yerləşən “Kəvsəriyyəh as-Səyyad” bölgəsi ətrafında bir avtomobili pilotsuz təyyarə ilə hədəf alıb. Hücum nəticəsində bir nəfər şəhid olub, bir nəfər isə yaralanıb.
Son həftələrdə sionist rejim atəşkəsi dəfələrlə pozaraq Livanın müxtəlif bölgələrini hava və artilleriya hücumları ilə hədəfə alıb ki, bu da ölkə daxilində və bölgədə geniş şəkildə pislənib.