Livan mediası İsrail rejiminin Livanın cənubunda pilotsuz təyyarənin motosikletə hücumunun bir nəfərin şəhid olması ilə nəticələndiyini bildirib.
Livan Səhiyyə Nazirliyi hücumda bir Livan vətəndaşının şəhid olduğunu, bir nəfərin isə yaralandığını açıqlayıb.
Sionist rejimin ordusu çərşənbə günü Cənub Livandakı “Vadi əl-Həcir” bölgəsində bir avtomobili pilotsuz uçuş aparatı ilə hədəfə alıb. Bu hücum nəticəsində bir neçə Livan vətəndaşı yaralanıb.
Bundan öncə də, sionist rejimi Cənubi Livandakı “İytarun” bölgəsində bir avtomobili pilotsuz uçuş aparatı ilə hədəfə alıb və bu hücum nəticəsində 2 Livan vətəndaşı şəhid olub, 3 nəfər isə yaralanıb.