Sionist rejimin Qəzzə zolağına təcavüzü davam etdikcə, 2023-cü il Oktyabrın 7-dən indiyə qədər bu bölgədə şəhid olanların sayı 50933 nəfərə çatıb.
Xarici KİV-in verdiyi məlumata görə, Qəzzədəki Fələstin Səhiyyə Nazirliyi son 24 saat ərzində bölgədə 21 nəfərin şəhid olduğunu, 64 nəfərin isə yaralandığını açıqlayıb.
Bu hesabata görə, 2025-ci il Martın 18-də İsrail rejiminin Qəzzəyə yeni təcavüzü başlayandan bəri, bölgədə 1563 fələstinli şəhid olub, 404 nəfər isə yaralanıb.
Bu şəhidlər də daxil olmaqla, əl-Əqsa Fırtınası əməliyyatının başladığı 7 Oktyabr 2023-cü ildən bu yana Qəzzədə şəhid olanların sayı 50 min 933, yaralıların sayı isə 116 min 45-ə çatıb.
Bu xəbər xarici KİV-in şənbə günü sionist ordusunun Qəzzə zolağının müxtəlif bölgələrinə son hücumları nəticəsində 23 nəfərin öldüyünü və onlarla insanın yaralandığını bildirdiyi vaxta təsadüf edir.
Eyni zamanda, sionist rejimin ordusu Qəzzə zolağının cənubundakı Rəfəh şəhərini mühasirəyə alıb və şəhərin şimal məhəllələrində fələstinlilərin evlərini söküb partlatmağa başlayıb.
Fələstin mənbələri, həmçinin İsrail rejiminin Qəzzə zolağının cənubundakı Xan Yunis şəhərinin qərbindəki “əl-Məvasi” bölgəsində qaçqın çadırına pilotsuz təyyarə ilə hücumunun çox sayda fələstinlinin şəhid olması və yaralanması ilə nəticələndiyini bildirib.
Bu mənbələr İsrail rejiminin ordusunun Qəzzənin cənubunda yerləşən Rəfəh şəhərinin şimalındakı binaların dağıdılmasına da işarə edib.