İordan çayının qərb sahilində İsrail qüvvələri Tel-Əvivin şərqində həyata keçirilən şəhadət əməliyyatından sonra, bu gün əməliyyatın icraçısının Cənindəki evinə basqın edib.
Sionist rejimin işğalçı qüvvələri bu gün, çərşənbə günü Cənin bölgəsinin Yəbud şəhərində “Bəni Bərak” əməliyyatının icraçısının evinə hücum edib.
İşğalçı sionist hərbçilər İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə də hücumlar təşkil edib və bu hücumlar zamanı çoxlu sayda fələstinli saxlanılıb.
Daxili mənbələrə əsasən, sionist rejimin işğalçı qüvvələri Ziya Həmarişənin yaşadığı məhəlləyə hücum edərək, Ziya Həmarişənin ailəsini dindirmiş və ərazini mühasirəyə almışdır.
Bu arada xəbər mənbələri İordan çayının qərb sahilinin müxtəlif yerlərində 22 fələstinlinin həbs edildiyini bildirib.
Hadisə şahidləri bildiriblər ki, müxtəlif şəhərlərə hücum edən işğalçı qüvvələrin patrul dəstələrini buldozer müşayiət edirmiş və işğalçı qüvvələr sakinlərə partlayıcı vasitələr atıb. Həmarişə məhəlləsi işğalçı sionist qüvvələrlə şiddətli toqquşmaların şahidi olub.
Həmçinin, İsrail ordusu müqəddəs Ramazan ayı öncəsi Qəzzə zolağının sərhədlərindəki əsgərlərinin sayını artırmaq qərarına gəlib.
Tel-Əviv yaxınlığında bir neçə sionistin öldürülməsi və yaralanması ilə nəticələnən şəhadət əməliyyatından sonra, İsrail ordusu bütün işğal olunmuş ərazilərdə ümumi hazırlıq vəziyyəti elan edib.
Çərşənbə axşamı günü axşam Tel-Əvivin şərqində yerləşən Bəni Bərakda atışma nəticəsində 5 sionist öldürülüb, 6 nəfər isə yaralanıb.