Mart ayının 20-si sionist rejim ordusunun Qəzzə zolağının şimal və cənub bölgələrinə hücumları nəticəsində 71 fələstinli şəhid olub.
Fələstin mənbələri sionist rejim ordusunun Qəzzə zolağını qurudan, dənizdən və havadan şiddətli şəkildə bombaladığını bildirir.
Mənbələrin verdiyi məlumata görə, Martln 20-də səhər saatlarından etibarən İsrail rejiminin tankları geniş şəkildə Xan Yunusun şərqində yerləşən Əbsan və Xüzəə bölgələrinə atəş açmağa başlayıb.
Bununla bağlı olaraq xəbər agentliklərindən biri Qəzzə zolağının şimal və cənub bölgələrində şəhid olan fələstinlilərin sayının 71-ə yüksəldiyini açıqlayıb.
Həmçinin bildirilib ki, sionist rejim qırıcılarının Qəzzənin şimalındakı Beyt Lahiyada yerləşən əd-Daur ailəsinin evinə endirdiyi hava hücumu nəticəsində bir neçə nəfər şəhid olub, yaralanıb və dağıntılar altında qalıb.
Xəbər agentliyinin müxbirinin məlumatına görə, İsrail hərbi helikopterinin Rəfah şəhərinin şimalındakı əz-Zühur məhəlləsində məcburi köçkünlərin çadırlarına endirdiyi hava hücumu nəticəsində bir neçə nəfər yaralanıb.
Bu Qətər kanalı əlavə edib ki, sionist rejiminin son hücumlarında Qəzzə zolağında fələstinli mülki vətəndaşların evləri hədəfə alınmış, bir neçə ailə tamamilə məhv edilmiş və onların adı tarixdən silinmişdir.
İsrail rejimi ötən bazar ertəsi səhər saatlarından etibarən atəşkəs razılaşmasını tamamilə pozaraq Qəzzədə vəhşicəsinə hücumlarına yenidən başlayıb. Bu hücumlar nəticəsində şəhid olan fələstinlilərin sayı 500 nəfəri keçib.