Sionist rejimin qırıcıları Livanın cənubundakı müxtəlif bölgələri bombalayıb. Bu hücumlar nəticəsində bir sıra dinc sakin şəhid olub və yaralanıb.
Məlumata görə, sionist rejimin qırıcıları az əvvəl Livanın müxtəlif bölgələrini, o cümlədən Əl-Xəribə, İqlim ət-Tuffah yüksəklikləri, Kəfərhunə qəsəbəsi ətrafı, Cəbəl əl-Cubur və Kəfərkəla bölgələrini hədəf alıb.
Livan mənbələri bildirib ki, sionist rejimin cənubdakı Tulin şəhər mərkəzinə hücumu nəticəsində 2 nəfər şəhid olub, 3 mülki şəxs isə yaralanıb.
Livan Səhiyyə Nazirliyi isə Kəfərkəla qəsəbəsinə edilən hücum zamanı 2 nəfərin yaralandığını açıqlayıb.
Xəbər mənbələri sionist rejimin Tulin qəsəbəsinə ağır hava hücumu anlarını əks etdirən video görüntülər yayımlayıb.
Livanın əl-Mayadin televiziya kanalı da bildirib ki, Sionist rejiminin hava hücumu nəticəsində Tulin qəsəbəsində bir neçə nəfər yaralanıb.
Xarici KİV-in verdiyi məlumata əsasən, sionist rejimin qırıcıları Livanın Ət-Tuffah bölgəsinə ikinci dəfə hücum edib.
İndiyə qədər sionist rejimin Cənubi Livana qarşı ağır hücumları nəticəsində dəqiq zərər və itkilər haqqında məlumat yayımlanmayıb.