Cümə günü sübh tezdən sionist köçkünləri işğalçı İsrail rejimi qüvvələrinin dəstəyi ilə işğal altındakı İordan çayının qərb sahilinin şimalında, Nablusun cənub-şərqində yerləşən Duma şəhərinin şərqindəki Xirbə əl-Məracim bölgəsinə hücum edərək bir neçə evi, avtomobili və mülki vətəndaşlara məxsus əmlakı yandırıblar.
Duma kənd şurasının sədri Süleyman Duabeşə onlarla sionist köçkününün Xirbə əl-Məracim sakinlərinə və onların əmlakına hücum edərək vətəndaşların mülklərini yandırdığını və nəticədə 3 ev və 2 avtomobil yandığını bildirib.
O vurğulayıb ki, işğalçı qüvvələr Xirbə əl-Məracimi hərbi qapalı zona elan edərək Duma sakinlərinin kömək üçün kəndə daxil olmasına mane olublar.
Duabeşə əlavə edib ki, işğalçılar Duma ilə Xirbə əl-Məracim arasındakı yolları bağlayıb və yanan evləri söndürməyə gələn bir neçə gəncə atəş açıblar.