Media mənbələrinin məlumatına görə, bu gün, şənbə günü, İsrailə məxsus bir pilotsuz uçuş aparatı (PUA) Livanın cənubunda bir avtomobili hədəf alıb.
Məlumata görə, İsrailə məxsus bir PUA Livanın cənubundakı Burc əl-Muluk qəsəbəsində bir avtomobili hədəf alıb. “Əl-Əxbar” qəzetinin müxbiri əvvəlcə bu hücumda bir neçə nəfərin yaralandığını bildirdi. Lakin daha sonra digər xəbər mənbələri bu hücum nəticəsində ən azı iki nəfərin şəhid olduğunu təsdiqlədilər.
Hələlik sionist rejimin bu hücumunda şəhid olanların kimliyi müəyyən edilməyib.
27 Noyabr tarixindən etibarən Livanda atəşkəs qüvvəyə minsə də, sionist rejim hələ də tam olaraq Livan torpaqlarından çıxmayıb. Son həftələr ərzində isə müxtəlif avtomobilləri hədəf alaraq cənubi Livanda bir sıra Livan vətəndaşlarını şəhid edib və yaralayıb.