Sionist rejimin ordusu bu gün (şənbə) Qəzzə zolağının şimalına hücum edərək 9 mülki fələstinlini şəhid edib.
Fələstinli mənbələrin verdiyi xəbərə görə, İsrailə məxsus bir PUA Qəzzə zolağının şimalında yerləşən “Əttar” dörd yolunu hədəfə alıb. Bu hücum nəticəsində ən azı 9 fələstinli şəhid olub.
Xarici KİV-in verdiyi məlumata əsasən, bu hücumda şəhid olanlar arasında jurnalist Bilal Əbu Matar, fotoqraflar Məhəmməd əl-Ğəfir, Mahmud əs-Sərrac, Bilal Əkilə, avtomobil sürücüsü Əbu Hazim Sərdah, spiker Əbu Səhib ən-Nəccar, fotoqraf Mahmud Üslim və şəxsiyyəti naməlum olan bir nəfər var.
Qəzzə hökumətinin informasiya ofisi bu gün səhər elan edib ki, 2023-cü ilin 7 Oktyabr tarixindən sonra sionist rejim ordusunun hücumları nəticəsində 206 jurnalist şəhid olub.
Bu hücumdan əvvəl, “Ala Əsəd” xanım İsrail ordusunun hücumlarında aldığı yaralardan şəhid olan son fələstinli jurnalist idi.