Qəzzədəki Fələstin Dövlət İnformasiya Ofisi Beynəlxalq Qadınlar Günü ilə eyni vaxtda Qəzzə müharibəsində fələstinli qadın şəhidlərin sayını açıqlayıb.
Xarici KİV-in verdiyi məlumata görə, Qəzzədəki Fələstin Dövlət İnformasiya Ofisi Martın 8-də açıqlama verərək bildirib: Sionist rejimin Qəzzəyə qarşı apardığı soyqırım müharibəsində 12 316 fələstinli qadın şəhid olub. Bu müharibədə 13 901 qadın dul qalıb, 17 000 ana uşaq dağı görüb. İndi də 50 000 hamilə qadın qeyri-insani şəraitdən əziyyət çəkir.
Bu bəyanata əsasən, 2000 fələstinli qadın və qız sionist rejimin təcavüzü nəticəsində əbədi olaraq əlil olacaq və onlarla fələstinli qadın həbs edilərək həbsxanalarda işgəncələrə məruz qalıb.
Bu ofis xatırladıb ki, Qəzzə qadınları mühasirə, sanitar şəraitin olmaması və yardımların gəlməsinin qarşısının alınması səbəbindən tədrici ölümdən əziyyət çəkirlər.
Sionist rejimin məzlum Qəzzə xalqına qarşı müharibə və vəhşi hücumları ən çox qadın və uşaqlara təsir edib və onlar üçün ağrılı şərait yaradıb.
Ərəb xəbər agentliklərindən biri Qəzzədə qadınların vəziyyətinə toxunaraq hesabatında bildirib: Görünən odur ki, Qəzzədə qadınların vəziyyəti ağırdır və uşaqlarla yanaşı, imkanların olmaması səbəbindən İsrail rejiminin müharibəsinin ən böyük təsirini onlar qəbul ediblər. İsrailin Qəzzəyə qarşı müharibəsi bütün sakinlər, xüsusilə də qadınlar üçün fəlakətli nəticələrə səbəb olub və davam edən müharibədən uşaqlarla yanaşı ən çox zərər çəkən onlar olub.
Azacıq sabit şərait olmadığı halda, işğalçı qüvvələrin məcburi köçkünlük siyasəti əksəriyyəti qadın və uşaq olan iki milyon fələstinlinin didərgin düşməsinə səbəb olub.