Sionist rejimin İordan çayının qərb sahillərində yerləşən Cenin şəhərinə təcavüzü nəticəsində son 50 gündə 34 fələstinli şəhid olub.
Xarici KİV-in çərşənbə axşamı verdiyi məlumata görə, Fələstinin Səhiyyə Nazirliyi dünən səhər saatlarından etibarən sionist rejimin işğalçı qüvvələrinin İordan çayının qərb sahillərindəki Cenin şəhərinə hücumları nəticəsində biri qadın olmaqla, üç Fələstin vətəndaşının həyatını itirdiyini açıqlayıb.
Bu xəbərə əsasən, son 50 gündə sionist rejimin Cenin şəhəri və düşərgəsinə təcavüzü zamanı 34 fələstinli şəhid olub.
İsrail ordusu 21 yanvar 2025-ci ildən İordan çayının qərb sahilinin şimalındakı fələstinli qaçqınların şəhər və düşərgələrində, xüsusilə də Cenin, Tülkərm və Tubas əyalətlərində “Dəmir divar” adlı hərbi əməliyyatını genişləndirib.
Sionist rejim ABŞ-ın dəstəyi ilə 7 Oktyabr 2023-cü il və 19 Yanvar 2025-ci il tarixləri arasında Qəzzədə anti-insani soyqırımı törədib. Bunun nəticəsində də əkəsriyyəti qadın və uşaqlardan ibarət 160 mindən çox fələstinli şəhid olub, 14 mindən çox insan isə itkin düşüb.