Qəzzə zolağında daha bir neçə fələstinli şəhidin cəsədinin tapılması ilə İsrailin bu bölgəyə qarşı apardığı müharibədə şəhidlərin sayı artıb.
Fələstin Səhiyyə Nazirliyi cümə axşamı günü yayılan bəyanatında qeyd edib ki, son 24 saat ərzində başqa 6 fələstinli şəhidin cəsədi dağıntılar altından çıxarılıb və sionist hücumları nəticəsində yeddi nəfər yaralanaraq xəstəxanaya aparılıb.
Bu məlumata əsasən, Qəzzə müharibəsinin qurbanlarının sayı 48 min 446-ya, yaralıların sayı isə 111 min 852-yə çatıb. Nazirlik əlavə edib ki, çox sayda şəhidin hələ də dağıntılar altındadır və xilasetmə komandalarının mövcud vəziyyətə görə onları çıxarmaq imkanıarı yoxdur. Fələstin mənbələri daha 10 min şəhidin Qəzzə zolağında dağıntılar altında olduğunu təxmin edirlər.