Xəbər mənbələri İordan çayının qərb sahillərində fələstinli döyüşçülərlə işğalçı hərbiçilər arasında baş verən toqquşmada 1 nəfərin şəhid olduğunu və 31 nəfərin isə yaralandığını bildiriblər.
Çərşənbə günü səhər saatlarında fələstinli mənbələrə istinadən verilən məlumata əsasən, sionist rejimin hərbiçiləri Nablus şəhərinin bəzi məntəqələrinə hücum edib və fələstinli gənclərlə toqquşublar.
Bu qarşıdurmada fələstinli bir döyüşçü şəhid olub və digər 31 nəfər isə yaralanıb.
Əl-Əqsa şəhidləri batalyonları Nablus şəhərindəki Qərbi Məqbərə ətrafında bu batalyonun üzvləri və işğalçı hərbiçilər arasında şiddətli qarşıdurma baş verdiyini açıqlayıb.
Müqavimət qüvvələri güllə və əldəqayırma “əl-Qəssam” bombaları ilə sionist rejimin hərbiçiləri ilə mübarizə aparıblar.
Əl-Əqsa şəhidləri batalyonlarından verilən məlumata görə, onların sionist rejimin hərbiçilərini və avtomobillərini hədəfə almaları nəticəsində bəzi işğalçı qüvvələr yaralanıb.