Qəzzədəki Fələstin Səhiyyə Nazirliyi şəhidlərin sayının 48329 nəfərə çatdığı barədə məlumat verib.
Qəzzədəki Fələstin Səhiyyə Nazirliyi şənbə günü açıqlama verərək bildirib: Ötən 48 saat ərzində Qəzzə xəstəxanalarına 10 şəhid gətirilib. Onlardan 7-sinin cənazəsi dağıntılar altından çıxarılıb, bir nəfər müharibə zamanı aldığı yaralardan şəhid olub və digər 2-si isə sionistlər tərəfindən hədəf alınan Qəzzə zolağının yeni şəhidlərindəndir. Bundan başqa 4 nəfər yaralı da xəstəxanalara müraciət edib.
Beləliklə də, 2023-cü ilin Oktybar ayının 7-dən indiyə qədər işğalçıların hücumları nəticəsində Qəzzə zolağında şəhid olanların sayı 48329 nəfər, yaralananların sayı isə 111753 nəfərə çatıb.