Oxfam təşkilatı həftənin çərşənbə günü səhər saatlarında bildirib ki, sionist rejimi Qəzzə zolağında 1600 km-dən çox su və kanalizasiya şəbəkəsini dağıdıb.
Xarici KİV-in verdiyi məlumata görə, “Oxfam” beynəlxalq təşkilatı çərşənbə günü səhər saatlarında Qəzzə zolağında su təchizatı şəbəkəsinin dağıdılmış həcmi barədə xəbərdarlıq edib.
Oxfamın verdiyi bəyanatda deyilir: “İsrail 1600 km-dən çox su və kanalizasiya şəbəkəsini məhv edib, Rəfəhdə və Qəzzənin şimalında su səviyyəsinin miqdarı 7%-dən daha az qalıb.”
Xəbər agentliklərindən biri bu bəyanata istinadən bildirib: “Biz Qəzzənin su və kanalizası infrastrukturlarının geniş həcmdə dağıdıldığını yeni başa düşməyə başlamışıq.”
Oxfam, əlavə olaraq bildirib: “Qəzzənin həyati əhəmiyyətli su və kanalizasiya şəbəkələrinin çoxu məhv edilib və bu, səhiyyə və tibbi vəziyyəti fəlakətli vəziyyətə gətirib çıxarıb.”