Xarici KİV-in verdiyi məlumata görə, İordan çayının qərb sahillərinin şimal bölgələri, xüsusən də düşərgələr sionist rejimin geniş və görünməmiş hücumlarına şahid olur. Bu hücumlar 3 fələstinlinin şəhid olması və 17 nəfərin yaralanması ilə nəticələnib.
Xəbər agetliklərindən biri İordan çayının qərb sahillərinin şimal bölgələrinin son günlərdə sionist rejimin ağır və görünməmiş hücumlarına şahid olduğu barədə məlumat verib. Bu hücumlar nəticəsində Tubas yaxınlığındakı əl-Fariə düşərgəsində 3 fələstinli şəhid olub və 17 nəfər isə yaralanıb. Şəhid olan üç nəfər maşınlarının gülləbaran olunması nəticəsində həyatlarını itiriblər.
Verilən məlumatlar sionist rejimin Tülkrəm bölgəsində, xüsusən də şəhərin cənub-qərbində yerləşən Nuru-Şəms düşərgəsində hərbi əməliyyatlarına davam etdiyini göstərir. Bu hücumlar yavaş-yavaş İordan çayının qərb sahillərinin bütün bölgələrini əhatə edəcək.