Qəzzədəki Fələstin Səhiyyə Nazirliyi 27 nəfərin dağıntılar altından çıxarılaraq xəstəxanalara aparıldığını açıqlayıb.
Qəzzə zolağındakı Fələstin Səhiyyə Nazirliyi verdiyi bəyanatda bildirib ki, dağıntılar arasında aparılan axtarış əməliyyatları zamanı digər 27 nəfərin cənazəsi tapılıb və xəstəxanalara göndərilib.
Bu məlumata əsasən, xilasedicilər, həmçinin binaların dağıntıları altından 8 yaralı insanı da çıxarmağa müvəffəq olublar.
İsrail rejiminin Qəzzə zolağına qarşı 15 aydan çox davam edən hücumlarının ardınca əldə olunan atəşkəsdən sonra bu bölgədə həyatını itirənlərin axtarışları hələ də davam edir.
Təqdim edilən statistikalar göstərir ki, 2023-cü ilin Oktyabr ayının 7-dən indiyə qədər İsrailin Qəzzə zolağına qarşı hücumları nəticəsində həyatını itirənlərin sayı 47487 nəfərə, yaralananların sayı isə 111588 nəfərə çatıb.