Xarici KİV-in çərşənbə günü səhər saatlarında verdiyi məlumata görə, sionist rejimin Qəzzə zolağına son bir gün ərzindəki hücumlarında onlarla fələstinli şəhid olub və yaralanıb.
Fələstin mediaları çərşənbə günü sionist rejimi ordusunun Qəzzə zolağının müxtəlif yerlərinə qarşı cinayətkar hücumlarının davam etməsi barədə məlumat veriblər.
Qəzzə zolağındakı xəstəxana resurslarına istinadən verilən məlumatda bildirilib: “Çərşənbə axşamı səhər saatlarından indiyə qədər Qəzzə zolağının müxtəlif bölgələrinin bombalanması zamanı şəhid olanların sayı 63 nəfərə çatıb.”
Bu məlumatda, həmçinin qeyd olunub: “Qəzzə şəhərinin qərbində yerləşən Şeyx Rizvan məhəlləsindəki əl-Əhli klubunda olan qaçqın çadırlarının bombalanması bir neçə nəfərin şəhid olması və yaralanması ilə nəticələnib.”
Qəzzə zolağındakı jurnalistlərdən biri isə deyib: “İsrailin Qəzzə zolağının mərkəzində yerləşən Deyr əl-Bələhdəki qaçqınların qaldğını bir evə hücumu zamanı 11 fələstinli şəhid olub.”