Fələstin Səhiyyə Nazirliyi (Yanvarın 8-də) sionist rejimi ordsunun bombardmanları nəticəsində 51 nəfərin şəhid olduğu barədə məlumat verib.
Xarici KİV-in verdiyi məlumata görə, Qəzzədəki Fələstin Səhiyyə Nazirliyi açıqlama verərək bildirib ki, sionist rejimi Qəzzə zolağında 24 saat ərzində 6 cinayət törədib. Bunun nəticəsində də, 51 nəfər şəhid olub və 78 nəfər isə yaralanıb.
Verilən bu məlumata əsasən, həyatını itirənlərin bir çoxu hələ də dağıntılar altında və küçələrdə qalıb, xilasetmə qüvvələrinin də onlara kömək etmək imkanları yoxdur.